AZ

Muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 3,7 faiz artıb

Naxçıvan, 11 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 245 milyon 309 min 600 manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

Ticarət şəbəkəsində 641 milyon 334 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 603 milyon 975 min 200 manatlıq qeyri-qida məhsulları satılıb.

Seçilən
48
1
azertag.az

2Mənbələr