AZ

Naxçıvanda orta aylıq nominal əməkhaqqı məbləği açıqlanıb

Naxçıvan, 11 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 182 milyon 330 min 600 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 812,0 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.

Seçilən
101
1
azertag.az

2Mənbələr