AZ

İran HDQ: “ ABŞ Tehrana qarşı 18 kəşfiyyat xidmətini işə salıb” 

Vətəninfo.az xəbər verir ki,  dünən İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani ABŞ-nin İrana qarşı fəaliyyətlərini tənqid edərək bildirib ki, Vaşinqton Tehrana diqqəti artırmaq üçün 18 kəşfiyyat xidmətini hərəkətə keçirib.

Urmiyada keçirilən “Güclü İran” konfransında çıxış edən admiralın sözlərinə görə, ABŞ və onun müttəfiqləri “hər fürsətdən istifadə edərək İranın daxili birliyinə təsir etməyə çalışırlar”, lakin İran cəmiyyəti bu cəhdlərə qarşı dayanıqlıdır.

O, son 12 günlük müharibəyə də toxunaraq, bu dövrdə İranın “bütün dünya qarşısında birliklə mübarizə apardığını”, Hərbi Dəniz Qüvvələrinin isə dörd üzvünün müharibədə həlak olduğunu qeyd edib.

Seçilən
7
veteninfo.az

1Mənbələr