AZ

Premyer Liqa klubunun rəhbərliyi baş məşqçiyə irad tutdu, ona bu işi tapşırdı - TƏYİNAT

Son vaxtlar müxtəlif problemlərlə gündəmə gələn «Araz-Naxçıvan»ın məşqçilər korpusuna yeni ad əlavə olunub. Cəmaləddin Əliyev Elmar Baxşıyevin qapıçılar üzrə ikinci köməkçisi vəzifəsinə gətirilib. O, baş məşqçinin istəyi ilə korpusa daxil edilmyib. Vaxtilə «Qarabağ»ın formasını geyinmiş, uzun illərdir məşqçi kimi müxtəlif klublarda çalışmış, 2023-cü ilin yayından «Araz»da olan Əliyevin görəvləndirilməsi birbaşarəhbərliyin qərarıdır. Ona konkret iş tapşırılıb - Kristian Avrama məsuliyyət daşıyacaq.
Klub yönəticiləri moldovalı qapıçının performansından kəskin narazıdır. Premyer Liqanın 14 həftəsində qapısında 20 qol görmüş legionerin çıxışı idarəçiləri narahat edir. Bununla bağlı həm 31 yaşlı kiperin özünə, həm Elmar Baxşıyevə, həm də qapıçılar üzrə məşqçi Ramiz Kərimova ciddi irad tutulub.
SPORTİNFO.AZ

Seçilən
18
sportinfo.az

1Mənbələr