Bəzən binaların söhbətgahlarında, bəzən isə binaların zirzəmilərində yaşayır...
Bu 50 yaşlı qadın paytaxtın Suraxanı rayonunun Köhnə Günəşli qəsəbəsi İnqilab İsmayılov küçəsində müvəqqəti sığınacaq tapıb.
"Xəzər Xəbər"in qaynar xəttinə yazan vətəndaşlar onun kimsəsiz olduğunu, 3 aydır küçədə qaldığını bildirdilər.
Biz də məsələnin əslini öyrənmək üçün həmin ünvana yollandıq.
50 yaşlı Rəna Məmmədova fikrini tam ifadə etməkdə çətinlik çəksə də, belə başa düşdük ki, həyat yoldaşı və bacısı öz evinin açarını əlindən alıb və onu 3 aydır evə qoymur.
Müsahib deyir ki, əvvəllər ailəsi ilə bir problemi olmayıb. Amma, belə anlamaq olar ki, o problemini desə də, təfərrüatlarını danışmaq istəmir.
3 aydır parklarda gecələyən Rəna Məmmədovaya ətrafda yaşan sakinlər kömək edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:/Xəzər Tv