AZ

ABL: Bu gün 9-cu tur start götürəcək

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu tur start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə B qrupunda 2 görüş reallaşacaq.

15:00-da "Lənkəran" "Quba"nı qəbul edəcək. 20:00-da isə "Naxçıvan" "Sərhədçi" komandaları qarşılaşacaqlar.

"Naxçıvan" B qrupunda 14 xalla 2-ci yerdə mövqe tutub. "Lənkəran" 11 xalla 3-cü, eyni xala malik "Quba" 4-cü, "Sərhədçi" 10 xalla 5-ci sıradadır.

Qeyd edək ki, 9-cu tura dekabrın 14-də yekun vurulacaq.

Kamil Xudiyev

Seçilən
56
1
fanat.az

2Mənbələr