AZ

Martinelli “Arsenal” tarixinə düşdü

Braziliyalı futbolçu Qabriel Martinelli “Arsenal”da rekorda imza atıb.

Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu buna Belçikada “Brügge”yə qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin VI turunun oyununda fərqlənməklə nail olub.

Martinelli “topçular”ın tarixində meydana çıxdığı ardıcıl 5 ÇL matçında qol vuran ilk oyunçudur.

Qeyd edək ki, London klubu sözügedən qarşılaşmada rəqibini üç cavabsız qolla üstələyib.

Seçilən
27
msport.az

1Mənbələr