AZ

Kamboca-Tailand qarşıdurmasında ölənlərin sayı artdı

Yazını böyüt
Yazını kiçilt

Tailandla sərhəddə münaqişənin kəskinləşməsi nəticəsində ən azı 10 Kamboca sakini həlak olub, 60 nəfər yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyi öz "Telegram" kanalında məlumat verib.

"10 dekabr 2025-ci il tarixinə olan məlumata görə, Kambocanın 10 dinc sakini (o cümlədən bir uşaq) ölüb, 60 mülki şəxs yaralanıb", - deyə məlumatda bildirilib.

Eyni zamanda, Tailand Silahlı Qüvvələri komandanlığının məlumatına görə, Kamboca ilə sərhəddə döyüşlər zamanı Tailand hərbçiləri arasında ölənlərin sayı səkkizə çatıb. Qeyd edilir ki, Kamboca mərmisinin düşməsi nəticəsində ən son 22 yaşlı əsgər həlak olub.

Xatırladaq ki, Tailand-Kamboca sərhədində dekabrın 7-də kiçik silahlardan istifadə etməklə toqquşmalar başlayıb. Tailand Kral Ordusu Kamboca hərbçilərinin sərhəd zonasındakı Tailand mövqelərini artilleriya atəşinə tutduğunu bildirib. Tailand Hərbi Hava Qüvvələri buna cavab olaraq Kamboca hərbi infrastrukturuna hücum edib. Tailand Quru Qoşunlarından bildirilib ki, Kamboca Tailand ərazisini "BM-21" raketləri ilə atəşə tutub və həmçinin dron-kamikazelərdən də istifadə edib. Tailand hərbçiləri əsas ərazilərə nəzarəti ələ keçirmək və düşmənə ziyan vurmaq üçün cavab atəşi açıblar.

Seçilən
22
hafta.az

1Mənbələr