AZ

Portuqaliyada ümummilli tətillər başlayıb - Nəqliyyat sektoru iflic ola bilər

Bakı. Trend:

Portuqaliyanın həmkarlar ittifaqı konfederasiyalarının təşəbbüsüilə Qərbi Avropa ölkəsində ümummilli tətil başlayıb. Kütləvi etirazaksiyasının hava və dəmir yolu ilə sərnişin və yük daşımalarındaciddi pozuntulara yol açacağı, hökumətin bir sıra xidmətsahələrinin müəvvəqəti olaraq fəaliyyəti dayandıracağıgözlənilir.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Aksiyanın Portuqaliyanın son 10 il ərzində ən böyük tətiliolduğu iddia olunur. Dövlət sektoru işçiləri başlıca olaraqsağ-mərkəzçi hökumətin məşğulluqla bağlı qanunvericiliyə dəyişikplanlarına etiraz edir.

Dəyişikliklə bağlı təkliflərdə işəgötürənlərin işçiləri işdənazad etməsini asanlaşdıran, dövlət sektorunda işçilərin tətil etməkhüququnu məhdudlaşdıran, körpəli anaların südvermə fasilələləriniazaldan müddəalar nəzərdə tutulur.

Portuqaliya Avropa İttifaqının ən kiçik iqtisadiyyatlarındanbirinə malikdir və burada işçilər 27 üzv ölkə arasında ən azəməkhaqqı alanlar sırasındadır. Portuqaliyanın Milli Statistikaİnstitutunun məlumatına görə, orta aylıq əməkhaqqı ( vergiçıxılmadan) təxminən 1 600 avro təşkil edir.

Məqalədə:
Seçilən
34
2
az.trend.az

3Mənbələr