AZ

Ermənistanda separatçı liderlərin keçmişi gündəmə gəldi

İrəvanda keçmiş işğalçı xuntanın üzvləri özlərini xatırlatdı.

Onlar 10 dekabr 1991-ci il tarixində yalnız erməni icması arasında keçirilmiş saxta “referendum”un növbəti ildönümünü qeyd etməyi planlaşdırırdılar. Keçmiş “Artsax prezidenti” Samvel Şahramanyan, parlamentin “spikeri” Aşot Danielyan, “dövlət naziri” Njde İskandaryan və digər şəxslərdən ibarət nümayəndə heyəti ilə birlikdə İrəvanda yerləşən hərbi panteon Yerabluru ziyarət edərək, onların “müstəqillik” və işğal siyasətləri nəticəsində həyatını itirənlərin məzarlarına gül dəstələri qoyublar.

NOCOMMENT.az xəbər verir ki, separatçıların keçmiş lideri Samvel Şahramanyan hazırda özünü qərarlı və “cəsur” siyasətçi kimi göstərməyə çalışsa da, 2023-cü il antiterror əməliyyatı zamanı əslində fərqli davranıb.

Məlumata görə, əməliyyatın gedişində Şahramanyan əlində olan bütün əlaqə kanallarından istifadə edərək Azərbaycan tərəfinə müraciət edib ki, ona ölkəmizdən çıxmaq və Ermənistana getmək imkanı verilsin.

O zaman Bakı onun saxlanmasını planlaşdırırdı – keçmiş işğalçı xuntanın nümayəndəsi kimi, baxmayaraq ki, ciddi cinayətlərdə iştirak etməmişdi.

Lakin anlayaraq ki, müraciətləri nəticəsiz qalacaq və tutulması qaçılmazdır, Şahramanyan razılaşma təklif edib.

Məlumata görə, o, Azərbaycan tərəfinə Qarabağdan qaçmaq istəyən şəxslərin bütün koordinatlarını, marşrutlarını, avtomobil nömrələrini, hərəkət vaxtlarını və fərqli ərazilərdə gizlənən şəxslərin məlumatlarını təqdim edib.

Faktiki olaraq, o, tərəfdarlarını dəqiq məlumatlarla təslim edib.

Bununla yanaşı, Şahramanyan erməni postlarının silahsızlandırılmasını təşkil edib və təslim aktını imzalayıb. Mübadilə olaraq, o, bölgədən helikopterlə çıxışını təmin etməyi istəyib.

Daha sonra Şahramanyan ermənilərin Qarabağdan çıxışını özü təşkil edib, baxmayaraq ki, Azərbaycan tərəfi onların reinteqrasiyasına hazır idi və bu kütləvi çıxışa təəccübləndi.

Həmin postlarda Azərbaycan jurnalistləri də olub və ermənilər çıxış səbəbini soruşduqda, hamısı eyni cavabı verib: bunu onlara “rəhbərlik” deyib. Şahramanyanın məqsədi sadə idi – bütün erməniləri Qarabağdan Ermənistana çıxarmaq və gələcəkdə orada inqilab üçün şərait yaratmaq.

Burada “sıçan yolları” termini xatırlanır – bu, ABŞ kəşfiyyatı tərəfindən İkinci Dünya Müharibəsindən sonra Avropadan qaçış marşrutlarını ifadə etmək üçün istifadə olunurdu. Şahramanyan da öz “sıçan yolunu” yaradaraq, nisbətən azadlıq qazanıb və keçmiş tərəfdarlarını satmaqla bunu təmin edib.

Beləliklə, “Artsax uğrunda cəsur döyüşçülər” kritik anda sadəcə özlərini xilas etmək üçün tərəfdaşlarını satıblar.

Bu səbəbdən İrəvanda separatçı simvollarla küçələrə çıxmaq və ya hərbi qəbiristanlığı təntənəli şəkildə ziyarət etmək onlar üçün heç bir təsir yaratmayacaq. Xüsusilə Şahramanyanın öz azadlığını hansı yolla əldə etdiyini bilənlər üçün bu, heç bir təsir bağışlamayacaq.

Mənbə: “MinvalPolitika”

Tərcümə etdi: Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
68
nocomment.az

1Mənbələr