AZ

Gəncədə 86 yaşlı kişi suda boğularaq öldü

Gəncədə yaşlı kişi su kanalına düşüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, 86 yaşlı H.Cəfərov qəsəbə ərazisində su kanalına düşüb. O, hadisə yerində həyatını itirib.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla  bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
48
21
unikal.az

10Mənbələr