AZ

Türkiyədə 86 futbolçunun cəzası qüvvədə saxlanılıb

Türkiyə Futbol Federasiyasının (TFF) Arbitraj Şurası mərc oyunlarına görə cəzalandırılan futbolçuların apellyasiya müraciətlərinə baxıb. Vətəninfo.az xəbər verir ki, şura 45 gündən 12 aya qədər cəza alan 86 futbolçunun müraciətini yekdilliklə rədd edərək qərarları qüvvədə saxlayıb.

Arbitraj Şurası “stavka cəzaları” ilə bağlı müraciətləri fərdi qaydada qiymətləndirib və bütün apellyasiyaların əsassız olduğu qənaətinə gəlib. Qərarın ardınca futbolçuların heç birinin cəzasında dəyişiklik edilməyib.

Şura açıqlamasında bildirib ki, cəzaların verilməsi prosesində “əsaslandırmada, hüquqi qiymətləndirmədə və cəzanın təyin edilməsində hər hansı səhvə yol verilməyib”.

Seçilən
17
veteninfo.az

1Mənbələr