AZ

Pezeşkian Astanada Tokayevlə görüşüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada səfərdə olan iranlı həmkarı Məsud Pezeşkianla görüşüb.

Missiya.Az “IRNA”ya istinadən xəbər verir ki, Tokayev Pezeşkianı Prezident sarayında rəsmi mərasimlə qarşılayıb.

Bildirilib ki, mərasim zamanı iki ölkənin dövlət himnləri səsləndirilib, liderlər yüksək səviyyəli nümayəndə heyətlərinin üzvlərini təqdim ediblər.

Qeyd olunub ki, rəsmi qarşılanmadan sonra Tokayev və Pezeşkian arasında ikitərəfli görüş keçiriləcək. Ardınca hər iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə danışıqları nəzərdə tutulur.

“Səfər çərçivəsində tərəflər əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcək, əlaqələrin genişləndirilməsi imkanlarını dəyərləndirəcəklər. Görüşlərin sonunda dövlət başçıları iki ölkə arasında əməkdaşlıq sənədlərinin imzalanması mərasimində və birgə mətbuat konfransında iştirak edəcəklər”, - deyə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az 

Seçilən
18
missiya.az

1Mənbələr