AZ

Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır

Avropa İttifaqına daxil olan ölkələrlə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərindən biridir. Bu gün Azərbaycanın Avropa İttifaqına daxil olan ölkələrin bir çoxu ilə münasibətləri yüksək səviyyədədir. Zamanla mövcud olan boşluqlar Azərbaycan dövlətinin apardığı xarici siyasət nəticəsində aradan qaldırılır, yaradılmış münasibətlər isə daha da inkişaf etdirilir.

Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Slovakiyanın Azərbaycandakı səfirliyi 2019-cu ildən fəaliyyət göstərir, Azərbaycan isə 2023-cü ildən Slovakiyada səfirlik təsis edib.

Dövlət başçısı İlham Əliyevin dekabrın 8-də Slovakiyaya rəsmi səfəri həm iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin, həm də bütövlükdə Azərbaycanın xarici siyasət uğurlarının təqdimatı oldu. Azərbaycanın möhkəmlənən iqtisadi və siyasi mövqeyi bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır.

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, həm də Azərbaycan–Avropa əməkdaşlığının strateji çərçivəsinin genişlənməsinə xidmət edən mühüm siyasi hadisədir. Bu səfər Azərbaycanın qlobal diplomatiyada artan rolunun, müstəqil siyasətinin və beynəlxalq nüfuzunun növbəti təcəssümü kimi dəyərləndirilir.

Slovakiya və Azərbaycan arasındakı münasibətlər son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoymuş, dinamik əməkdaşlıq formatı formalaşmışdır. Bu gün iki ölkə arasında əlaqələr sadəcə diplomatik münasibətlər çərçivəsində məhdudlaşmır. İki ölkə arasındakı münasibətlər əksinə, çoxtərəfli və strateji mahiyyət daşıyan geniş spektrli tərəfdaşlıqdan ibarətdir.

2023-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Slovakiya–Azərbaycan münasibətlərində dönüş nöqtəsi olmuşdur. Bu sənəd iki ölkə arasında əlaqələrin statusunu “normal tərəfdaşlıqdan” strateji səviyyəyə yüksəltmiş, qarşılıqlı əməkdaşlığın siyasi-hüquqi bazasını gücləndirmişdir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Seçilən
103
redaktor.az

1Mənbələr