Berlin, 11 dekabr, AZƏRTAC
NATO-nun Avropa qanadının gücləndirilməsi Almaniyanın xarici və təhlükəsizlik siyasətində mütləq prioritetdir. Keçən həftə təqdim olunan Amerika Birləşmiş Ştatalrının yeni milli təhlükəsizlik strategiyası da göstərdi ki, biz bu yolda doğru addımlar atırıq.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə olan NATO-nun Baş katibi Mark Rutte ilə görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında deyib.
Almaniya və Avropanın təhlükəsizlik, miqrasiya, iqtisadiyyat və digər sahələrdə gücünü artırmaq üçün sistemli şəkildə sərmayə yatırmasının doğru addım olduğunu vurğulayan Kansler bildirib: “Biz bunu başqalarının təzyiqi ilə deyil, öz inamımız və maraqlarımız naminə edirik. Çünki Avropanın bu gün öz ayaqları üstündə möhkəm dayanması bizim birbaşa marağımızdadır. Bu isə gələcəkdə Avropa həyat tərzimizi, azadlığımızı, təhlükəsizliyimizi və rifahımızı qorumağımızın əsas şərtidir”.
Berlin