AZ

Ceyhun Bayramov Macarıstan Prezidenti ilə görüşüb

Ceyhun Bayramov Macarıstan Prezidenti ilə görüşüb

Bakı. Trend:

Macarıstana işgüzar səfər çərçivəsində Azərbaycanın xarici işlərnaziri Ceyhun Bayramov Macarıstan Prezidenti Dr. Tamaş Şulyoktərəfindən qəbul edilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, görüş ikitərəfli əməkdaşlığın dinamik gündəliyiüzrə fikir mübadiləsi aparmaq və son illərdə əldə olunmuşirəliləyişi qiymətləndirmək üçün dəyərli bir platforma yaradıb.

Tərəflər ticarət, investisiya, enerji təhlükəsizliyi, yaşıltexnologiyalar, nəqliyyat əlaqəliliyi, təhsil və mədəni mübadilələrdaxil olmaqla əsas sahələr üzrə strateji tərəfdaşlığıngenişləndirilməsini müzakirə ediblər.

Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əlaqələrinmöhkəmləndirilməsində davamlı siyasi dialoqun və yüksək səviyyəlitəmasların əhəmiyyəti vurğulanıb.

Regionumuzda post-münaqişə reallıqları, Ermənistanla normallaşmaprosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində bərpa vəyenidənqurma işləri də müzakirə olunan məsələlər arasında olub.

Tərəflər regional və çoxtərəfli çərçivələr daxilində artanəməkdaşlığı qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha dagücləndirilməsinə dair ortaq öhdəliyi vurğulayıblar.

Seçilən
8
3
az.trend.az

10Mənbələr