AZ

Modriç sabiq komanda yoldaşını yanına çağırır

Luka Modriç “Real”ın yarımmüdafiəçisi Dani Sebalyosa “Milan”a keçməyi tövsiyə edib.

Msport.az xəbər verir ki, ispaniyalı oyunçu komandasını dəyişdirmək niyyətindədir.

Sebalyos “kral klubu”nda az forma şansı əldə etməsindən narazıdır. Baş məşqçi Xabi Alonso onu əsas heyət oyunçusu hesab etmir.

Qeyd edək ki, Luka Modriç yayda “Real”dan ayrılaraq “Milan”a keçib.

Seçilən
0
2
msport.az

3Mənbələr