AZ

Fridrix Merts: Ukraynaya dəstəyimizi davam etdirəcəyik

Berlin, 11 dekabr, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə olan NATO-nun Baş katibi Mart Rutte ilə görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesində Avropa tərəfinin üç əsas tələbini diqqətə çatdırıb.

AZƏRTAC xəbər verir ki, Kansler Rusiyanın hücumlarının davam etməsi fonunda əsas tələblərin müharibəyə ən yaxın vaxtda son qoyulması, atəşkəsin hüquqi və maddi cəhətdən güclü təminatlarla qorunması və hər hansı danışıqlar yolu ilə əldə edilən razılaşmanın Avropanın təhlükəsizlik maraqlarını qorumasından ibarət olduğunu bildirib. “Bu razılaşma Avropa İttifaqının və NATO-nun birliyinə zidd ola bilməz. Buna görə də avropalıların bu prosesin bir hissəsi olması çox vacibdir. Bizim başımızın üzərindən heç bir sülh razılaşması ola bilməz. Qarşımızda hələ çətin suallar var. Lakin biz tam şəkildə razıyıq ki, hansı ərazi razılaşmasını qəbul edə biləcəyini yalnız Kiyev müəyyən edə bilər. Dörd illik əzab və ölümdən sonra Ukrayna Prezidentini xalqının qəbul etməyə hazır olmadığı sülhə məcbur etmək səhv olardı. Buna görə də biz ona açıq şəkildə bildiririk: Biz Ukraynanın yanındayıq və bu ölkəyə uzunmüddətli dəstəyimizi davam etdirəcəyik ki, ortaq məqsədlərə nail ola bilək”, - deyən Kansler Fridrix Merts bu prosesi davam etdirmək üçün Moskvaya təzyiqin artırılacağını vurğulayıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
6
4
azertag.az

6Mənbələr