AZ

Rəşad Daşdəmirov həbs edildi

Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs olunub.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, Rəşad Daşdəmirov və Fərid Usubov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.

İş üzrə dəymiş ziyanın həcminin 5 milyon manatdan çox olduğu ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
11
olaylar.az

10Mənbələr