AZ

Tikinti bazarındakı bahalaşmanın əsas səbəbləri - Ekspert açıqladı

"Son illərdə Azərbaycanda tikinti materialları bazarında artım müşahidə olunur və buna təsir göstərən bir sıra faktorlar var. Ən aşağı artım isə regionlardadır. Buraya əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar və regionlarda yerləşən sənaye obyektləri daxildir. Regionlardakı sənaye obyektlərinin qiymətində təxminən 15–20% artım qeydə alındığı halda bu göstəricilər Bakı şəhəri üzrə son 5 ildə 65–70%-ə qədər yüksəlib".Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Missiya.Az-a açıqlamasında deyib ki, son vaxtlar bəzi inşaat materiallarının - taxta və plastik, kərpic, kubik və digər tikinti materiallarda müəyyən bahalaşma var. Bu artım həm ölkə daxilində istehsal olunan məhsullara, həm də xaricdən gətirilən materiallara aiddir. Səbəblər müxtəlifdir. Məsələn, Rusiyadan gətirilən materialların bahalaşması rublun qalxması ilə əlaqədardır. Taxta-şalban materiallarının əsas tədarükü Rusiyadan olduğu üçün bu dəyişiklik birbaşa qiymətlərə təsir edir",-ekspert qeyd edib.Elnur Azadovun sözlərinə görə, bəzi inşaat materiallarının, o cümlədən keramik məhsulların İrandan daşınması da bahalaşıb. Hərçənd həcmlər böyük olmasa da, İranın yeni ixrac vergiləri və milli valyutasının inflyasiyası səbəbindən kafel-metlax kimi məhsullarda qiymət artımı müşahidə edilir. Ümumilikdə tikinti materiallarında bahalaşma 5–10%-dən yuxarı deyil. Lakin daha ciddi artım işçi qüvvəsi ilə bağlıdır. İşçi çatışmazlığı və onların xidmət haqlarının artması qiymətləri yüksəldən əsas amillərdəndir. İşçi xidmətlərinin qiymətləri 15–20% civarında artıb. Bu artım həm istehlak mallarının bahalaşması, həm də nəqliyyat xərclərinin yüksəlməsi ilə əlaqədardır."Bu amillərin daşınmaz əmlak sektoruna birbaşa təsirinin hansı səviyyədə olmasını demək hələ tezdir. Hazırda qiymətlərə daha çox tələb–təklif nisbəti təsir edir. Son beş ilin dinamikasına əsasən, qiymət artımının başlıca səbəblərindən biri tikinti şirkətləri arasında rəqabətin azalması və bazarda satış üçün təqdim olunan daşınmaz əmlakın azlığıdır. Bu qıtlıq fonunda qiymət artımı davam edir",-Elnur Azadov əlavə edib.İlahə QənbərliMissiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr