AZ

Tramp CNN-ni satılmalı olduğunu ittiham edir

Ajans.az xəbər verir ki,bu barədə o, Ağ Evdə jurnalistlərlə söhbətində bildirib: “Açıq deyim, son illərdə CNN-i idarə edən insanlar tam bir rüsvayçılıqdır. Düşünürəm ki, CNN-in satılması zəruridir, çünki bu insanların böyük məbləğlər qazanmasını istəməzdiniz və sonra CNN daha çox pul xərcləyərək zəhər yaymağa davam edə bilər. Onların dediklərinin hamısı yalandır, rüsvayçılıqdır”, Tramp əlavə edib ki, CNN-in hazırkı rəhbərliyinin “ya korrupsiyalaşmış, ya da səriştəsiz” olduğunu düşünür və onların kanalı “uçurumun kənarına gətirib çıxardığını” iddia edir. Onun sözlərinə görə, artıq “çox az adam” CNN-i izləyir. “Hesab edirəm ki, istənilən müqavilə CNN-in həmin razılaşmaya daxil edilməsini və ya ayrıca satılmasını təmin etməlidir. Məncə, CNN-i idarə edən insanlara – və onlar çox vicdansız bir qrupdur – artıq bu kanalı idarə etməyə icazə verilməməlidir”, – Tramp vurğulayıb.

CNN hazırda Warner Bros. Discovery-nin tərkibinə daxildir. Şirkət dekabrın əvvəlində biznesinin bir hissəsini – əsasən film studiyalarını və HBO Max platformasını satmaq üçün Netflix ilə danışıqlara başlayıb. CNN, TBS və TNT kabel kanallarının isə bu müqaviləyə daxil edilməyəcəyi, ayrıca bir şirkətə ayrılacağı bildirilir. CNN ABŞ-da Demokratlara yaxın liberal media qurumu kimi tanınır və kanaldakı aparıcılar tez-tez Trampı və Respublikaçıları tənqid edirlər.

Seçilən
9
Ajans.az

1Mənbələr