AZ

"Gangam style"ın ulduzuna polis basqını - Psixotrop dərmanlar müsadirə olundu

Polis "Gangam style" mahnısı ilə dünyada fırtına qoparan müğənni PSY-nin "P Natio" adlı agentliyə basqın həyata keçirib.

7News.Az xarici mətbuata istindən xəbər verir ki, buna səbəb müğənni, meneceri və bir neçə başqa şəxs vasitəsilə öz adına psixotrop dərmanlar əldə etdiyinə dair polisin əsaslı şübhələri olub.
 
Polis ofisdə axtarış və müsadirə əməliyyatı keçirib.

İddia olunur ki, PSY 2022-ci ildən bəri universitet xəstəxanasından müayinə olmadan iki psixotrop dərman üçün resept alır.

Bu dərmanlar yuxu pozğunluqlarını, narahatlığı və depressiyanı müalicə etmək üçün istifadə edilən güclü psixotrop maddələrdir. Asılılıq potensialı yüksək olduğundan, adətən şəxsən müayinə və monitorinq məcburidir.

Polis həmçinin PSY-yə bu dərmanları təyin edən xəstəxana professorunu da istintaqa şübhəli kimi daxil edib.
 
 

Seçilən
23
7news.az

1Mənbələr