AZ

Cənubi Koreyada tikintidə çökmə baş verib, insan tələfatı var

Bakı, 11 dekabr, AZƏRTAC

Cənubi Koreyanın Kvancu şəhərində kitabxananın tikinti aparılan sahəsində çökmənin baş verməsi nəticəsində 1 nəfər ölüb, 2-si itkin düşüb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Kvancu Yanğınsöndürmə Xidmətinin əməkdaşları daha 1 nəfəri xilas etməyə çalışırlar.

Hadisənin tikinti sahəsinə beton tökülərkən baş verdiyi bildirilir.

 

Seçilən
45
2
azertag.az

3Mənbələr