Misli Premyer Liqasının (MPL) 15-ci turunda "Zirə"ni qəbul edəcək "Şamaxı"nın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "aslanlar"ın sözçüsü Yusif Hüseynli məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Andrey Tirkiveanu isə zədə səbəbindən oyunu kənardan izləyəcək".
"Şamaxı" - "Zirə" qarşılaşması dekabrın 13-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək. Hazırda 27 xalı olan qəsəbə təmsilçisi MPL-in turnir cədvəlində 3-cü pillədə mövqe tutubsa, Ayxan Abbasovun çalışdırdığı kollektiv 17 xalla 7-ci sıradadır.
Qeyd edək ki, 13-cü tur çərçivəsində baş tutan "Şamaxı" - "Sumqayıt" görüşündə rəqib çalışdırıcı Saşa İliçlə yaşadığı insident səbəbindən qırmızı vərəqə alan Ayxan Abbasov cəzasını başa vurub və bu qarşılaşmada texniki zonada olacaq.
Nihat