ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Polşa televiziyasında qalmaqal yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, insident TVP-nin müxbiri Yustina Dobroş-Oraczın senator Voyçex Skurkeviçə ünvanladığı suallardan sonra baş verib.
Ukrayna və Rusiya siyasəti barədə suallardan əsəbiləşən Skurkeviç jurnalistə tərəf dönərək onu təhqir edib: "Beyniniz yoxdur? Orada beyin yoxdur, sadəcə fındıq böyüklüyündə bir şey var".
Mübahisə qızışdıqca senator daha da irəli gedərək xanım jurnalistin paltarına bərkidilmiş mikrofonu söndürməyə çalışıb.
Hadisədən sonra açıqlama verən Dobroş-Oracz şok yaşadığını bildirib: “25 ildir parlamentdə jurnalist işləyirəm. İlk dəfədir ki, bir siyasətçinin mikrofonu və ya mikrofon portunu zorla söndürməyə çalışdığının şahidi oluram. Bu, məni həqiqətən təəccübləndirdi”. Qalmaqal Polşada böyük ajiotaj yaradıb və senatorun hərəkətləri “aqressiv”, “təqib” və “mətbuat azadlığına müdaxilə” kimi tənqid olunub.
İbrahim Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.