AZ

Bu il dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 170 milyon manata yaxın vəsait daxil olub

Bakı, 11 dekabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində 50 hərrac keçirilib.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 999 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 127,1 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində 604-ü qeyri-yaşayış, 3952-si torpaq sahələri üzrə olmaqla 4556 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 41,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 168,7 milyon manat vəsait daxil olub.

Seçilən
22
12
azertag.az

10Mənbələr