İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, baş nazirin müavini Antonio Tajani əmin edib ki, ölkə Kiyevə hərtərəfli dəstəyi davam etdirəcək. Bizimyol.info xəbər verir ki, “Canale 5” telekanalına müsahibəsində o qeyd edib ki, Roma 2024-cü il yanvarın 1-dən səlahiyyətlərini icra edəcəyi “Yeddilik Qrupu”na sədrliyi dövründə Ukrayna və Yaxın Şərqdəki vəziyyəti həll etmək yollarını axtaracaq. “Qərb Ukrayna ilə həmrəylik nümayiş etdirməkdə davam edir və sədrliyimizlə “Yeddilik” qrupunda bu, Yaxın Şərq və süni intellekt məsələləri ilə yanaşı prioritet olacaq. Biz həm Ukraynada, həm də Yaxın Şərqdə sülh istəyirik. Amma sabitliyi təmin etmək üçün hədəflərlə münasibət yaratmaq lazımdır. Ona görə də Ukraynanın işğalı həll yolu deyil, biz Rusiya qüvvələrinin çıxarılmasına gətirib çıxaracaq həll yoluna gəlməliyik, bundan sonra hamı danışıqlar masasına oturmalıdır”, -deyə nazir bildirib. Qəzza zolağındakı vəziyyətə gəlincə, o, İsrailin HƏMAS-ın dinc əhalidən canlı qalxan kimi, o cümlədən "ərəb dünyasında reaksiyaya səbəb olmaq" üçün istifadə etdiyi tezisini təkrarlayıb. Tajani İsraili “proporsional hərəkətə” çağırıb. Qadir, Bizimyol.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta