"Olaylar" xəbər verir ki, Kollecin direktoru, professor Nasim Abışov açıqlamasında bildirib ki, payız imtahan sessiyasında ümumilikdə 588 imtahan keçirilməsi nəzərdə tutulub. 2-ci kurs üzrə açıq suallardan ibarət, hər qrupda 1 fənn olmaqla, 40 imtahanın elektron formatda təşkil olunacaq.
Bu məqsədlə kollecin mühəndis-proqramçısı Oktay İslamzadə tərəfindən sınaq imtahan portalı yaradılıb və imtahanlara hazırlaşmaq üçün tələbələrə "Elektron imtahan" linki təqdim olunub.
Tələbələr (https://imtahan.stk.edu.az) ünvanına daxil olaraq imtahanlarda iştirak edə bilərlər. Eyni zamanda, elektron imtahanlarda iştirak üçün tələbələrə kollec daxilində lazımi texniki şərait təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31