11 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu təşkil olundu.
Qəbul zamanı Eminli, Şərəfə, Çaxırlı, Göyəçöl və Qızılağac kənd sakinləri çıxış edərək, kəndlərində şəhid adları verilmiş küçələrin asfaltlanmasına görə Rayon İcra Hakimiyyəti başçısına kənd sakinləri adından təşəkkürlərini bildirdilər.
Görüş zamanı vətəndaşlar bir sıra fərdi müraciətlərini də səsləndirdilər.
• Boradigah qəsəbə sakini ona məxsus torpaq sahəsi ilə bağlı,
• Ərkivan qəsəbə sakini paybəlli torpaqla əlaqədar problemini,
• Masallı şəhər sakininin isə bildirdiyinə görə qonşusunun şəxsinə aid olan tikiliyə qanunsuz şəkildə 1.5 metr uzunluğunda pilləkən əlavə etməsi ilə bağlı şikayətini diqqətə çatdırdı.
Qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində İcra başçısı Araz Əhmədov tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.