AZ

Məzuniyyət qaydalarında yenilik

Məzuniyyət

Məzuniyyət qaydalarında dəyişiklik: Orta əmək haqqı yeni qaydalarla hesablanacaq. Yəni Son iki ayda maaş daha yüksək olubsa, ödəniş həmin məbləğlə veriləcək. Təklif edilən dəyişikliklərə əsasən, işçilərin məzuniyyətə çıxarkən alacaqları əməkhaqqı onların ortalama əməkhaqqısına uyğunlaşdırılacaq.Ulusum.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuat Heydərov Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında məlumat verib.Onun sözlərinə görə, işçinin iradəsindən asılı olmayan səbəblərlə — məsələn, məhsul çatışmazlığı, işin dayanması və ya digər əsaslı səbəblərlə yaranan fasilələr — orta əməkhaqqının hesablanmasına mənfi təsir etməyəcək. Yəni bu dövrlər boşdayanma kimi qeydə alınsa da, gələcəkdə orta əməkhaqqı aşağı düşməyəcək.Hazırda orta əməkhaqqı son iki ayın göstəricilərinə əsasən hesablanır. Yeni layihəyə görə, əgər bu müddətdə maaş süni şəkildə azalıbsa, həmin azalma məzuniyyət puluna da təsir etməyəcək. Məqsəd – işçilərin sosial hüquqlarını qorumaqdır.Ulusum.az

Diqqət Çəkənlər

Sakinlər nəqliyyat problemi ilə üz-üzə VİDEO

Xətai rayonunda su borusu partlayıb

Sumqayıtda avtobus palçıqlı yolda batdı

Seçilən
89
ulusum.az

1Mənbələr