Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Erməni Baş nazir Nikol Paşinyanın Rusiyaya səfəri ilə əlaqədar Moskvadakı Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.Bakupost.az xəbər verir ki, “Armyanskiy pereulok” (Erməni dalanı) küçəsində yerləşən səfirliyin qarşısına təxminən 300 nəfər adam toplaşıb. Aksiya iştirakçıları arasında din xadimləri, ictimai fəallar və Rusiya ordusunda xidmət edən döyüşçülər də var.Ermənistan hakimiyyətinin son qərarlarını “antikonstitusion” adlandırarn aksiya iştirakçıları din xadimlərinin və erməni iş adamı Samvel Karapetyanın həbsinə etiraz ediblər.Bu aksiyasının və baş nazirin təyyarəsinin hava limanına enişinə icazə verilməməsinin Kreml tərəfindən təşkil olunması ehtimal edilir.Xatırladaq ki, bu gün gecə saatlarında Rusiyada hava məkanının bağlanması səbəbindən Paşinyanın təyyarəsi aeroporta eniş edə bilməyib və ehtiyat aerodroma yönləndirilmişdi.
Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.