AZ

Dənizdə batdığı ehtimal edilən 33 yaşlı kişinin axtarışları davam edir

İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Tural Sultanovun axtarışları davam edir...

Poliqon xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qurumdan bildirilib ki, bu il 27 sentyabr tarixində dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.

Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Tural Sultanov çalışdığı gəmidə itkin düşüb. O, ixtisasca həkim olub. Gəmi ilə yanaşı özəl klinkada həkim kimi fəaliyyət göstərib. O, sonuncu dəfə sentyabrda ailəsi ilə danışıb və oktyabrda geri dönəcəyini bildirib.

Poliqon.info

Seçilən
18
12
poliqon.info

10Mənbələr