AZ

Mourinyu "Napoli"nin futbolçusundan forma aldı - "Ona görə Poqbanı ehtiyata göndərdim"

"Benfika" Çempionlar Liqasında "Napoli"ni 2:0 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, oyundan sonra "Benfika"nın baş məşqçisi Joze Mourinyu mətbuat konfransında "Napoli"nin futbolçusu Skott Mak Tominaya məxsus formanı nümayiş etdirib. 

Portuqaliyalı mütəxəssis bu barədə belə deyib:

"Çanta mənimdir, forma Skott Mak Tominayın formasıdır. "Mançester Yunayted"də mən Mak Tominay üçün Pol Poqbanı ehtiyata göndərdim. Onun edə biləcəyi ən az şey mənə köynəyini vermək idi". 

"Benfika" Çempionlar Liqasının 6 turunda 6 xal toplayıb və pley-offa vəsiqə uğrunda mübarizəni davam etdirir. Joze Mourinyunun komandası "Yuventus" (səfər) və "Real Madrid" (ev) ilə qarşılaşır.
 

Seçilən
36
1
fanat.az

2Mənbələr