Bakı, 11 dekabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfəri çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi və Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanları müzakirə olunub. Həmçinin nəqliyyat, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi aparılıb.