Moskva, 11 dekabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Türkmənistana səfəri çərçivəsində Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün Beynəlxalq Sülh və Etimad İlinə həsr olunmuş forum çərçivəsində planlaşdırıldığını dəqiqləşdirib.
Onun sözlərinə görə, tədbir çərçivəsində Rusiya liderinin geniş ikitərəfli əlaqələr qurması da nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva