AZ

Mədə narahatlığını azaldan bitkilər açıqlandı

Mədə yanması, şişkinlik və həzmsizlikdən əziyyət çəkənlər üçün bəzi bitki çayları mədə turşusunu balanslaşdıraraq narahatlığı azalda bilir.


Pravda.az xatırladır ki, zəncəfil, şüyüd toxumu, çobanyastığı, nanə mədə ağrısı və qaz problemini yüngülləşdirən ən təsirli bitkilər arasında yer alır. Bu çayların sakitləşdirici təsiri mədənin özünü daha rahat bərpa etməsinə kömək edir.


Mədə qoruyucu təbii vasitələr arasında banan, alma, yulaf, düyü kimi yüngül qidalar da göstərilir. Mütəxəssislərə görə, çiy kartof suyu, aloe vera suyu və meyan kökü də mədə divarını qoruyaraq turşuluğu azalda bilir.


Eyni zamanda gündəlik su qəbulu, yüngül fiziki fəaliyyət və düzgün qidalanma vərdişləri mədə sağlamlığının qorunması üçün tövsiyə edilir.


Əminə Bayramova 

Tarix: 11 Dekabr 2025, 16:27   
Seçilən
66
pravda.az

1Mənbələr