AZ

Böyük Britaniya şirkəti Azərbaycanda su təsərrüfatı obyektlərində enerji səmərəliliyinin artırılmasında iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə "SOCAR Green" şirkətivə Böyük Britaniyanın "Rapid Solutions" şirkəti Azərbaycan DövlətSu Ehtiyyatları Agentliyinin (ADSEA) obyektlərində enerjisəmərəliliyinin artırılması məqsədilə müqavilə imzalayıblar.

Trend “SOCARGreen”ə istinadən xəbər verir ki, bu, Böyük BritaniyanınAzərbaycana və Mərkəzi Asiyaya Ticarət Nümayəndəsinin səfəriçərçivəsində keçirilən Yaşıl Enerji Tədbiri zamanı baş tutub.

Bildirilib ki, müqavilə “SOCAR Green”in Baş Direktoru ElmirMusayev və “Rapid Solutions”in direktoru Hovard Lyn tərəfindənimzalanıb.

“Əməkdaşlıq texniki analizləri, enerji qiymətləndirmələrini vəsəmərəlilik tədbirlərinin tətbiqini əhatə edəcək və bu, “SOCARGreen”in davamlılıq və əməliyyat mükəmməlliyinə verdiyi önəmi əksetdirir”, - məlumatda qeyd edilib.

Seçilən
51
az.trend.az

1Mənbələr