AZ

Moskvada Ermənistan səfirliyi qarşısında Paşinyana qarşı ETİRAZ – VİDEO

Moskvada Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 300-ə yaxın şəxs İrəvandan kilsəyə hücumları dayandırmağı və siyasi məhbusları azad etməyi tələb edib.

Məlumata əsasən, Moskvada Ermənistan səfirliyinin qarşısında kütləvi etiraz aksiyası keçirilib. 300-ə yaxın iştirakçı, o cümlədən döyüşçülər “Kilsəni parçalayanlara və xainlərə ar olsun” şüarları səsləndiriblər.

Aksiya iştirakçıları Baş nazir Nikol Paşinyandan Erməni Apostol Kilsəsinə (EAK) qarşı hücumları dayandırmağı və siyasi məhbusları azad etməyi tələb ediblər.

Paytaxt hakimiyyəti ilə razılaşdırılmamış aksiyanın təşkilatçısı “Nuhun varisləri” hərəkatıdır. Onlar ruhanilərə qarşı təqiblərdən qəzəbləndiklərini bildiriblər. Etirazçılar həbs olunan dörd din xadimi, o cümlədən arxiyepiskop Arşak Xaçatryan və iş adamı Samvel Karapetyanın azadlığa buraxılmasını tələb ediblər.

Mitinqdə EAK-ın Rusiya və Yeni Naxçıvan eparxiyasının nümayəndələri də iştirak ediblər. Bu, sentyabr və noyabr aksiyalarından sonra üçüncü mitinqdir. İştirakçıların sözlərinə görə, bu müddət ərzində Ermənistan hakimiyyəti öz rəqiblərini daha sərt şəkildə təqib etməyə başlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
30
interpress.az

1Mənbələr