AZ

Əmlakın özəlləşdirilməsi və icarəsindən büdcəyə 169 milyon manata yaxın vəsait daxil olub

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində özəlləşdirməvə icarədən dövlət büdcəsinə 168,7 milyon manat vəsaitin ödənilməsitəmin edilib.

Bu barədə Trend dövlətxidmətinə istinadən xəbər verir.

Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilinyanvar-noyabr ayları ərzində 50 hərrac keçirilib. Hərraclarda 7səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1yarımçıq tikili sahəsi, 999 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlətbüdcəsinə daxilolmalar 127,1 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-noyabrayları ərzində 604-ü qeyri-yaşayış, 3.952-si torpaq sahələri üzrəolmaqla 4.556 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrüərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaqsahələrinin) icarəsindən dövlət büdcəsinə 41,6 milyon manatvəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində dövlətəmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə168,7 milyon manat vəsait daxil olub.

Seçilən
51
12
az.trend.az

10Mənbələr