Rusiyanın 33 vilayətində məhkəmələrin apardığı hesablamalara görə, Böyük Vətən Müharibəsi illərində SSRİ-yə dəymiş maddi ziyanın məbləği 257 trilyon rubl təşkil edib.
Herbiand.az bildirir ki, bu məlumatı Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan yayıb.
O, həmçinin qeyd edib ki, Sovet İttifaqının nasistlər tərəfindən işğal olunmuş ərazilərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi soyqırım kimi tanınıb: “Nürnberq məhkəməsi soyqırımın insanlığa qarşı cinayət kimi hüquqi tərifini təsdiqlədi və beynəlxalq tribunalın hökmü sovet xalqının kütləvi şəkildə məhv edilməsinin təkzibolunmaz sübutu olaraq qalır”.
Bəxtiyar CƏFƏRLİ