Argentinalı ulduz futbolçu Lionel Messi Hindistana təşkil edilən “GOAT” turu çərçivəsində təxminən 21 metr hündürlüyündə heykəlin açılışında iştirak edəcək.
İdman.Biz Tribuna.com-a istinadən xəbər verir ki, tur 13 dekabrdan etibarən start veriləcək.
Messi 13 dekabrda Hindistanın Kalkutta şəhərinə uçacaq və səfəri zamanı məhz burada həmin nəhəng heykəlin açılışını edəcək.
Bu möhtəşəm heykəlin kiçik görüntüsündən belə ona nə qədər böyük zəhmət sərf edildiyi aydın görünür.
Hündürlüyü 21 metr olan bu abidə dünyada futbolçular üçün qoyulan abidələr arasında ən hündür heykəl olacaq.
Messi açılış mərasimində rəmzi lenti edəcək və heykəlin üzündəki siması da məhz bu mərasimdən sonra tam şəkildə təqdim olunacaq.
Məlumat üçün əlavə edək ki, “GOAT tour” ifadəsi Lionel Messinin Hindistana səfəri üçün təşkil olunan xüsusi tədbir və görüşlər silsiləsinə verilmiş addır. Buradakı GOAT “Greatest Of All Time” – “Bütün Zamanların Ən Yaxşısı” ifadəsinin qısaltmasıdır və Messiyə azarkeşlər tərəfindən tez-tez belə müraciət olunur.
Yəni “GOAT tour” - Messinin Hindistandakı üç günlük proqramını, azarkeşlərlə görüşləri, tədbirləri və xüsusilə 70 metrlik heykəlin açılışını əhatə edən rəsmi səfər adı kimi istifadə olunur.