AZ

Səhhətindəki problemlərlə GÜNDƏMƏ GƏLƏN MƏŞHURLAR SİYAHI

ain.az bildirir, Baku.ws portalına istinadən.

Ötən gün xəstəxanadan fotosu yayılan aktyor Kadir İnanırının son halı sevənləri xeyli üzdü. Onun xeyli çəki atması vizual görünüşünə mənfi təsir edərək həddən artıq arıq görünməsinə səbəb olub.

BAKU.WS xəbər verir ki, ümumiyyətlə son zamanlar Türkiyə şou-biznesində elə məşhurlar var ki, tez-tez səhhətində yaranan problemlərlə gündəmə gəlirlər. Bu dəfə həmin məşhurları araşdırdıq.

Siyahını oxuculara təqdim edirik:

Aktyor Coşkun Göğen

"Yeşilçam"ın mənfi obrazlarından olan "Tecavüzkar Coşkun" ləqəbli aktyor Coşkun Göğen 3 gün əvvəl xəstəxanaya yerləşdirilib. Səhhətində problemlər yaranan aktyora hazırda müalicələr edilir. o sətəlcəm olduqdan sonra nəfəs almaqda çətinlik yaşayıb və xəstəxanaya yerləşdirilib. Həkimləri aktyorun yaxın günlərdə sağalacağını bildirib.

Aktyor Murat Cemcir

Tanınmış aktyor Murat Cemcir də bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilib. Onun evdə halı pisləşib və təcili olaraq özəl xəstəxanaya yerləşdirilib. Həkimlər müayinə zamanı 49 yaşlı aktyorun daxili qanaxma keçirdiyini müğəyyən edib. O hazırda xəstəxanadan evə buraxılıb.

Müğənni Fatih Ürek

Oktyabrın 15-də ürəyi dayanaraq xəstəxanaya yerləşdirilən müğənni Fatih Ürekin vəziyyəti dəyişməz olaraq qalır. Sosial şəbəkələrdə müğənni Fatih Ürekin vəfat etdiyi ilə bağlı xəbərlər yayılıb. Bir çox məşhur onun vəfatı ilə bağlı paylaşım edərək öldüyünü qeyd edib. Bundan sonra sənətçinin bacıları Nurgül və Selvi bu barədə açıqlama verib. Onlar mediaya açıqlamalarında Fatihin vəfat etmədiyini bildirib.

Aktrisa Ahu Yağtu

Bir müddət əvvəl onun səhhətində də problemlər yaranmışdı. Huşunu itirərək xəstəxanaya yerləşdirilən aktrisada "Beyin anevrizması" (Anevrizma qan damarlarının divarlarının zəifliyindən qaynaqlanan damarlarda cəmləşən şişlərdir) aşkarlanıb. Daha sonra onun səhhəti yaxşılaşıb və xəstəxanadan çıxarılıb.

Müğənni Özcan Deniz

Məşhur müğənni bir müddərt əvvəl infarkt keçirmişdi. O daha sonra sağaldığını və səhhəti üçün narahat olan hamıya təşəkkür etdiyini bildirmişdi.

Aktyor Ahmet Mekin

Bir neçə həftə əvvəl o yürüş edərkən yıxılıb bud sümüyün sındırmışdı. Əməliyyat olunan aktyor hazırda əvvəllki səhhətinə qovuşub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
baku.ws

2Mənbələr