AZ

Xəzər dənizində köməksiz qalan şəxslər xilas edildi

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir.

Dekabr ayının 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil nəzarəti şöbəsinin Zirə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında 3 nəfər heyət üzvü olanbalıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olmuşdur.

Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçmişdir.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində dekabrın 11-də saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan Respublikası vətəndaşları, Neftçala rayon sakinləri – 1990-ci il təvəllüdlü Səmədov Cəlal Məhərrəm oğlu, 1997-ci il təvəllüdlü Babayev Sənan Elçin oğlu və 1980-ci il təvəllüdlü Fətullayev Kənan Rafiq oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

Seçilən
15
34
teleqraf.com

10Mənbələr