AZ

Hərbi zavodda KORRUPSİYA: Orduya ayrılan pulları oğurlayanlar SAXLANILDI – FOTO

Ukrayna ordusunun tank zirehlərindən pul qazanan zavod rəhbərliyi ifşa olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Zaporojye və Dnepropetrovskda dövlət vəsaitlərini talayan mütəşəkkil dəstəyə qarşı ittiham irəli sürülüb.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Milli Antikorrupsiya Bürosu (NABU) Ukrayna Silahlı Qüvvələrinin tankları üçün zireh satınalmaları zamanı dövlət vəsaitlərini mənimsəyən müdafiə zavodunun rəhbərliyini ifşa edib.

Genişmiqyaslı mənimsəmə sxemi Zaporojye və Dnepropetrovsk vilayətlərində təşkil olunub.

Məlumata görə, zavod 2022-ci ildə Müdafiə Nazirliyi ilə tanklar üçün dinamik müdafiə sistemlərinin alınması barədə müqavilə imzalayıb. Lakin müəssisənin həmin vaxtkı rəhbəri ayrılan vəsaiti sadəcə mənimsəyib.

O, bu cinayət sxeminə müəssisənin kommersiya direktorunu və podratçı şirkətin təsisçisini də cəlb edib.

Onlar zirehlərin şişirdilmiş qiymətlərlə alınması barədə müqavilə imzalayaraq dövlət büdcəsinə ziyan vurublar.

Hazırda iş üzrə bütün fiqurantlara qarşı şübhəli şəxs qismində ittiham irəli sürülüb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
interpress.az

1Mənbələr