AZ

Avstriyada 14 yaşına qədər qızlar üçün məktəblərdə hicab taxmaq qadağan edilib

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avstriya parlamenti 14 yaşından kiçik qızların məktəblərdə hicab taxmasını qadağan edən qanunu rəsmi olaraq qəbul edib.

Bizimyol.info xəbər verir ki, hüquq müdafiə təşkilatları bu addımı ayrı-seçkilik hesab edərək, sosial bərabərsizliyi daha da dərinləşdirə biləcəyini bildiriblər.

Avstriya hökuməti, miqrasiya əleyhinə mövqelərin təzyiqi ilə bu il hicab yasağını tətbiq etməyi təklif edib. Yasağın qızları təzyiq və ayrı-seçkilikdən qorumaq üçün zəruri olduğu iddia olunub.

Müxalif "Yaşıllar" partiyası isə yasağa qarşı səs verib və bu qanunun konstitusiyaya zidd olduğunu açıqlayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
bizimyol.info

1Mənbələr