AZ

Gənc Partiya fəalları və məktəblilər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı 2025-ci il 11-dekabr tarixndə gənc partiya fəallarının və məktəblilərin iştirakı ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Əvvəlcə Beyləqan rayonundakı Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Daha sonra Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Beyləqan rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilən filmə baxılıb .

Tədbirdə çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və digərləri Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər.

Seçilən
54
2
yeniazerbaycan.com

3Mənbələr