AZ

Mələk Əmrahova: Etnik mənzərəni dəqiq bərpa etmək üçün geniş arxiv tədqiqatları aparılıb

Bakı, 11 dekabr, AZƏRTAC

“İrəvan qala-şəhərinin etnoqrafik xəritəsi" layihəsi əsasında aparılan araşdırmalar zamanı şəhərdə mövcud olmuş dini və ictimai obyektlərin coğrafiyası, sayı, funksiyası və toponimləri diqqətlə araşdırılıb, xüsusilə Azərbaycan türklərinə və qismən xristian icmasına məxsus memarlıq izləri elmi əsaslarla müəyyənləşdirilib.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı İncəsənət Mərkəzinin mətbuat katibi Mələk Əmrahova deyib.

"Nəticələr göstərdi ki, XVI əsrin əvvəllərində yaradılan İrəvan qala-şəhərinin həm qurucuları, həm də üç əsrdən çox bir dövrdə əhalisinin böyük əksəriyyətini məhz Azərbaycan türklər təşkil edib. Biz bu gün həmin həqiqəti bir daha faktlarla təsdiqləyirik. Bu layihə bir daha sübut edir ki, azərbaycanlılar İrəvanda sadəcə bir yaşayış məkanı yaratmayıb, Qafqaz miqyasında memarlıq və şəhərsalma nümunəsi olan bir incini formalaşdırıblar", - deyə o qeyd edib.

Onun sözlərinə görə, etnik mənzərəni dəqiq bərpa etmək üçün geniş arxiv tədqiqatları aparılıb, I Şah İsmayılın fərmanı, Səfəvi–Osmanlı müharibələri dövrünə dair mənbələr, XVII-XIX əsr Şərq, Avropa və Rusiya səyyahlarının qeydləri, miniatürlər və şəhər görüntüləri ilə müqayisəli təhlil edilib. Məhz bu materiallar İrəvanın tarixi-etnoqrafik xəritəsini yenidən qurmağa imkan verib.

Seçilən
86
azertag.az

1Mənbələr