AZ

Time 2025-ci ilin “İlin adamı”nı açıqladı

Amerikanın nüfuzlu Time jurnalı 2025-ci ilin “İlin adamı” titulunu süni intellekt sahəsinin aparıcı inkişaf etdiricilərinə verib. Bu barədə məlumat jurnalın rəsmi saytında dərc olunub.

AzPost bildirir ki, bu il ada layiq görülənlər sırasında Nvidia şirkətinin təsisçisi və baş direktoru Censen Huang, OpenAI rəhbəri Səm Altman, həmçinin SpaceX-in qurucusu və milyarder İlon Mask kimi texnologiya sahəsinin ən nüfuzlu simaları yer alır. Jurnal onların qlobal miqyasda elmə, sənayelərə və ictimai proseslərə göstərdiyi təsiri əsas götürüb.

Time artıq 1927-ci ildən etibarən hər il dünya ictimaiyyətinə ən böyük təsir göstərən şəxsi “İlin adamı” seçərək onun portretini jurnalın üz qabığında təqdim edir. Mütəxəssislər süni intellekt texnologiyalarının sürətli inkişafını və həyatın bütün sahələrinə nüfuz etməsini bu qərarın əsas səbəblərindən biri kimi göstərirlər.

AzPost.az

Seçilən
58
12
azpost.info

10Mənbələr