Uşaq yağı həm körpələrin dərisini qorumaq, həm də böyüklərdə quru dəriyə qulluq etmək üçün ən çox istifadə olunan məhsullardan biridir.
Pravda.az bildirir ki, bu yağ həm nəmləndirici, həm də yumşaldıcı təsiri ilə gündəlik baxımda geniş rol oynayır.
Uşaq yağı duşdan sonra dəridə nəm itkisini azaldır, sərt və qurumuş sahələri yumşaldır. Dırnaq əti baxımında, bədən masajlarında və epilyasiya sonrası qıcıqlanmanın azaldılmasında təsirlidir. Həmçinin quru saç dərisinə çəkildikdə qıcıqlanmanı yüngülləşdirə bilir.
Mütəxəssislər qeyd edirlər ki, uşaq yağı makiyajın yumşaq şəkildə təmizlənməsində də istifadə oluna bilər. Eyni zamanda güclü nəmləndirmə xüsusiyyəti sayəsində dəridə çatlaq yaranma riskini azaldır.
Uşaq yağı körpələrin gündəlik dəri baxımında ən çox seçilən məhsullar sırasında yer alır və böyüklərin də quru dəri probleminə qarşı tez-tez müraciət etdiyi təbii dəstək vasitəsi kimi qiymətləndirilir.
Əminə Bayramova