AZ

Messi üçün 21 metrlik heykəl ucaldıldı

Argentina millisinin əfsanəvi futbolçusu Lionel Messi böyük heykəlinin açılışında iştirak edəcək.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Abidə Hindistanın Kalkutta şəhərində ucalacaq və hündürlüyü 21,5 metrdir. Heykəldə Messi sağ əlində Dünya Kuboku ilə təsvir olunub. Abidənin hazırlanması 27 nəfərlik komanda tərəfindən 45 gün davam edib.

38 yaşlı Lionel Messi dünya çempionudur, 8 dəfə "Qızıl Top" mükafatçısı, 4 dəfə Çempionlar Liqası qalibi olub. Hazırda o, ABŞ-ın "Inter Miami" klubunda çıxış edir.

Seçilən
24
publika.az

1Mənbələr